Bakıda keçirilən beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan və San-Marino arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
Sazişi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, San-Marino tərəfindən isə bu ölkənin turizm, idman və iqtisadiyyatın planlaşması naziri Fabio Berardi imzalayıblar.
Ə.Qarayev bildirib ki, San-Marinonun cırtdan ölkə olmasına baxmayaraq, bu ölkənin turizm potensialı çox böyükdür.
F.Berardi isə qeyd edib ki, San-Marino Azərbaycandan olan turistlərə yüksək səviyyəli xidmətlər göstərməyə hazırdır.
APA