Lənkəranda 30 yaşlı qadının 4 uşağı doğulub
3.2.2015

Azərbaycanın Lənkəran rayonunda bir dəfəyə dörd uşaq doğulub.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) Doğum şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, Astara rayonunun Siyəkü kənd sakini, 1985-ci il təvəllüdlü Rəisə Əbülfəz qızı Nabatova ötən gecə şöbədə bir qız, üç oğlan dünyaya gətirib.

Qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gələn körpələr 2000, 1500, 1400 qram və 1100 qram çəkidədirlər.

Ana və körpələrin vəziyyəti qənaətbəxş sayılır. Uşaqlar neanotoloqların nəzarəti altında küvəzdə saxlanılır.

Qeyd edək ki, bu, R.Nabatovanın ikinci hamiləliyidir.

APA