Prezidentin sərəncamı ilə Bakı Vergilər Departamenti ləğv edilib
3.2.2015

Azərbaycan Prezidenti İlham Əliyev Vergilər Nazirliyinin Strukturunda dəyişiklik edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 1654 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 718) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu”nun 3-cü hissəsi ləğv edilsin.

Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Qeyd edək ki, nazirliyin strukturunun üçüncü hissəsi Bakı Vergilər Departamenti idi.

Gün.Az