Apple şirkəti Mesada (Arizona) 2 milyard dollar dəyərində qlobal məlumat emalı mərkəzi yaradacaq.
Şirkət 150 nəfəri daimi işlə təmin edəcək və eyni zamanda tikinti və ticarət işləri ilə məşğul olan işçi cəlb edəcək.
Bundan başqa, bütün dünya üzrə əməliyyatlar aparmaq üçün hostinq xidmətləri göstərəcək.
Qeyd edək ki, Nasdaq birjasında Apple şirkətinin səhmlərinin qiyməti növbəti rekorda imza ataraq 120 dollar olub.
Bu ilin əvvəlindən Apple şirkətinin səhmlərinin qiyməti 8 faiz, 2014-cü ildə isə 40 faiz artıb. Apple korporasiyasının kapitallaşması 688 milyard dollar həcmində qiymətləndirilir.
Gün.Az