Bu gün bəstəkar və müğənni, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, xalq artisti Polad Bülbüloğlunun 70 yaşı tamam olur.
Gün.Az xəbər verir ki, Polad Bülbüloğlu 1945-ci il fevralın 4-də Bakıda dünyaya gəlib.
Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürüb.
Uzun müddət Azərbaycan Respublikasının mədəniyyət naziri kimi fəaliyyət göstərib. Hazırda Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir. 1973-cü ildən əməkdar incəsənət xadimidir. 1982-ci ildə Azәrbaycan SSR xalq artisti adına layiq görülüb. 1989-cu ildәn Azərbaycan Respublikasının mədəniyyət naziri, 1994-cü ildәn Türksoyun sәdri olub.
O, geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınır. Kino filmlәrin, dram tamaşalarına musiqilərinin, həmçinin simfoniya, simfonik poema vә s. әsәrlәrin müәllifidir.
Polad Bülbüloğlu Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb.
Qeyd edək ki, ötən gün ölkə başçısı İlham Əliyev Polad Bülbüloğlunu respublikanın mədəni və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edib.
Xalq artistinin ad günü bu gün Heydər Əliyev Sarayında qeyd olunacaq.
Gün.Az