Qoç - Bu gün sizin üçün olduqca uğurlu keçəcək. Siz nəinki iş həftəsi ərzində başladığınız işləri başa çatrıracaq, hətta, çox əyləncəli və prespektivli yeni layihə üzərində işə başlayacaqsınız. Söhvdələşmələrə getmək, iş təklifləri qəbul etmək olar: tale qarşınızda uğura yeni yol açır.
Şəxsi həyatınızda yaxşılığa doğru ciddi dəyişikliklər baş verəcək. Qoçlar yaxınlarını dəstəkləyəcək və sevindirəcək, fikir ayrılıqları yarananda incikliklərdən yayına biləcəklər. Gün sevdiyiniz adama xoş sürpriz etmək üçün münasibdir.
Buğa - Bəxtiniz gətirmir. Peşə sahəsində qarışıqlıq mümkündür. Dəyərli əşya və vacib sənədin itirilməsi də istisna deyil. Günün əhəmiyyətli hissəsini başqasının görməli olduğu işə həsr etməli olacaqsınız. Uğursuz bazarlıq ehtimalı var: siz əslində lazım olmayan şeylərə pul xərcləməyə meyllisiniz.
Yaxınlarınız öz aralarında küsüşəcək və siz kimin tərəfini tutmaq seçimi qarşısında qalacaqsınız. Gün romantik görüşlər üçün münasib deyil. Bürcün nümayəndələrinin çox az hissəsi sevdikləri adamla inciklikdən yayına biləcəklər.
Əkizlər - Günün birinci yarısı iş üçün münasibdir. Siz enerjili və işgüzarsınız, köməkçi və müttəfiqləri çox asanlıqla tapırsınız. Bu gün öhdəsindən gələ bilməyəcəyiniz tapşırıq yoxdur. İşgüzar danışıqlara xüsusi toxunmaq lazımdır: onlar sizin üçün çox uğurlu keçəcək, öz şərtlərinizi diqtə edə biləcəksiniz.
Günün ikinci yarısında şəyat potensiyalı azalacaq, nasazlıq mümkündür. Tənhalığa çəkilmək, sakit istirahətə ehtiyac duyacaqsınız. Amma heç bütün Əkizlərə hər dəqiqə qarahat edilməyəcəyi yer tapmaq müyəssər olmayacaq.
Xərçəng - Günün böyük hissəsi səhvlərin düzəldilməsinə həsr ediləcək. Özü də təkcə öz səhvlərinizin yox. Bu, maraqlı məşğuliyyət olmasa da, vacibdir. Köhnə səhvlər və yarımçıq işlərdən baş çıxarmadan yeni işlərə girişməyin. Rəhbərliklə narazılıq mümkündür. Dövlət orqanları nümayəndələri ilə toqquşmalar da istisna deyil.
Yaxınlarınıza kömək və dəstək üçün müraciət edə, onların anlayışına və şəfqətinə bel bağlaya bilərsiniz. Bu gün çatışmazlıq hiss edə biləcəyiniz yecanə şey puldur. Amma bir çox Xərçənglər gözlənilmədən anlayacaqlar ki, pulsuz da vaxtlarını əla keçirə bilərlər.
Şir - Eksperiment etməyin və riskə yol verməyin: bu gün işlərdə ehtiyatlılıq və sağlam düşüncə tələb edir. Yeni ideyalar parlaq görünə bilər. Amma onların həyata keçirilməsinə başladıqdan sonra yəqin ki, çətinliklərlə qarşılaşacaqsınız. Maliyyə itkiləri mümkündür. Bir çox Şirlər təcili ehtiyacları üçün banklara kredit üçün üz tutmalı olacaqlar.
Siz ilk dəfə gördüyünüz və heç tanımadığınız adama vurula bilərsiniz. Nə qədər qəribə olsa da, qəfil yaranan rəğbət təhlükə yaratmır: intiuisiyanız kimin həqiqətən diqqətə layiq olduğunu söyləyəcək.
Qız - Bu gün yeni təəssüratlar, maraqlı görüşlər istəyən Qızların yəniq ki, xoşuna gələcək. Tale sizi sevindirməyə hazırdır. Sadəcə olaraq, ona bu imkanı verin. Sizi nəinki cəlb edən, həm də əhəmiyyətli gəlir əldə etməyə imkan verən yeni işə başlamağınız mümkündür.
Yaxınlarınızla fikir ayrılıqları istisna deyil. Amma əksər hallarda hər şey qızğın olsa da, qısamüddətli mübahisə ilə sovuşacaq. Qızlara özlərini xoşbəxt hiss etdirəcək yeni romantik həvəs ehtimalı var.
Tərəzi - Gün sizin üçün o qədər də maraqlı olmayacaq. O, hadisələrlə zəngin deyil, sürprizlər vəd etmir. Amma bu günün də özünəməxsus müsbət tərəfləri var: siz seçdiyiniz istiqamətdə hərəkəti xoşagəlməz gözlənilməzliklər davam etdirə bilərsiniz. İşdə çətin vəziyyət yarana bilər. Lakin rəhbərlik sizi dəstəkləyəcək və hər şeyi xeyirinizə bitəcək.
Şəxsi münasibətlərdə təşəbbüs göstərmək olar. Amma bunu ehtiyatla etmək lazımdır: bu gün o qədər də nəzakətli deyilsiniz və bəzən yersiz iradlara yol verirsiniz. Yaşlı qohumlarla fikir ayrılıqlarını aradan qaldırmaq, ümumi probelmləri birlikdə həll etmək şansı var.
Əqrəb - Uğursuz gündür. Ətrafdakılarla yola getmək çətindir: sanki onlar sizin səbrinizi sınayırlar və sizi hövsələdən çıxarırlar. Rəhbərliyin sizə qarşı iddiaları ola bilər. Uzun və darıxdırıcı izahatlar vermək məcburiyyətində qalacaqsınız. Amma heç kim bu izahatı dinləmək istəməyəcək. Maliyyə itkiləri mümkündür.
Ailədəki münasibətlərdə də hər şey yaxşı deyil. Sanki qohumlarınız sizə qarşı səfərbər olublar. Əslində, problemlər o qədər də qlobal deyil. Əgər bu gün problemləri dərinləşdirməsəniz, onlar tezliklə keçmişdə qalacaqlar.
Oxatan - Bu gün böyük uğurlar əldə edə bilərsiniz. Çətin peşə məsələlərini həll etməyə nail oalacaqsınız, bədxahlarınız üzərində üstünlük qazanmaq, rəqiblərinizi geridə qoymaq şansınız var. İşgüzar planlarınızın reallaşmasında sizə himayədarlıq və ya köməklik təklif edəcək nüfuzlu şəxslə dil tapa bilərsiniz.
Yeni həvəs mümkündür: roman ehtiraslı və davam olacaq, hətta, nikaha qədər gedib çıxa bilər. Ailə münasibətlərində harmoniya və qarşılıqlı anlayış hökm sürəcək. İstənilən birgə layihələr üçün yaxşı gündür.
Oğlaq - Gün çətin işlər üçün münasibdir. Siz diqqətinizi cəmləşdirə bilir, işə ciddi yanaşır və məsələləri bir-birinin ardınca həll edirsiniz. İşgüzar münasibətlər qurulacaq, əməkdaşlıqla bağlı sazişlərin imzalanması mümkündür. Bəzi Oğlaqlar başqa şəhərdə və xaricdə işləməklə bağlı təkliflər alacaqlar.
Həyatınızı dəyişdirəcək romantik həvəs istisna deyil. Siz təmiz hisslər keçirir, amma sağlam düşüncəni itirmirsinih. Ona görə də yersiz riskdən uzaq duracaq və düşünülməmiş hərəkətlərə yol verməyəcəksiniz.
Dolça - Uğursuz gündür. Əgər çox diqqətli və ehtiyatlı olsanız, bir çox xoşagəlməzliklərdən yayına bilərsiniz. Şübhəli əlaqələrdən uzaq durun, yalnız etibarlı və yoxlanılmış adamlarla iş görməyə çalışın. Lazımsız şeylərə pul xərcləməyin.
Yaxınlarınızla ciddi fikir ayrılıqları mümkündür. Təsadüfi incikliklər tez bir zamanda münaqişəyə çevriləcək. Siz emosiyalarınızı gizlətməyi lazım bilmirsiniz. Ətrafdakıların isə bundan xoşu gəlmir. Uzaq səfərlər, yorucu səyahətlər məsləhət deyil.
Balıqlar - Gözlənilməz uğur atmağa hazırlaşdığınız işi müvəffəqiyyətlə başa çatdırmağa imkan verəcək. Ətrafdakılar sizin uğurunuzu hiss edirlər və buna sevinmirlər, həsəd aparırlar. Əgər əvvəllər hansısa səbəblərdən bədxahlarınız olubsa, bu gün onlar yenidən ortaya çıxacaqlar.
Günün ikinci yarısında nasazlıqlar mümkündür. Bu üzdən əvvəlcədən planlaşdırdığınız əyləncə və görüşlərdən imtina etməli olacaqsınız.
Milli.Az