Bakıda “Avanqard” yeni ədəbiyyat jurnalı fəaliyyətə başlayıb
4.2.2015

Bakıda “Avanqard” yeni ədəbiyyat jurnalı fəaliyyətə başlayıb. Jurnalda ədəbi gəncliklə yanaşı, klassik ədəbi nümunələr, dünya ədəbiyyatından tərcümələr də dərc olunacaq.

Jurnalının ilk sayında Xanəmirin “Qаpısı Vyananın təkkə” romanı, Rəhim Əliyevlə müsahibə, Zahid Sarıtorpağın, Fərid Hüseynin şeirləri, Qulamhüseyn Saidinin “Qurdlar” pyesi, Kənan Hacının tərcüməsində Tolstoyun “İnsan nə ilə yaşayır” povesti və başqa materiallar yer alıb.

Qeyd edək ki, jurnalın baş redaktoru Səxavət Sahil, redaktoru Kənan Hacıdır.

APA