Sürücülərin diqqətinə! Daha bir mərkəzi küçə təmir olunacaq - FOTO
4.2.2015

Bakı Şəhər İcra Hakimiyyəti daha bir mərkəzi küçəni təmir etməyə hazırlaşır.
Hazırda Mehdi Hüseyn küçəsində asfaltlama üçün hazırlıq işləri görülür. Köhnə səkilər yeniləri ilə əvəzlənr, paslanmış borular çıxarılır.

Yeni səkilər quraşdırıldıqdan sorna köhnə asfalt qatı qaşınacaq və yeni asfalt örtüyü salınacaq. Kanalizasiya qapaqları da yenilənəcək. M.Hüseyn küçəsindəki işlərin 10-15 günə başa çatdırılması nəzərdə tutulub.

Milli.az