Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin 3-cü sinif şagirdi, pianoçu Röya Hüseynova Rusiyada keçirilən musiqi alətləri üzrə beynəlxalq festivalın qalibi olub.
Röya Hüseynova “Fortepiano” dərəcəsi üzrə 180 iştirakçı arasında M.Klementinin 4-cü Sonatası (1-ci hissə) və S.Prokofyevanın “Tale” əsərinin ifasına görə 3-cü yerə layiq görülüb.
2007-ci ildən davam edən festival-müsabiqə Ümumrusiya musiqi cəmiyyəti və Rusiya Bəstəkarlar İttifaqının nəzdində keçirilir.
Onu da qeyd edək ki, musiqi alətləri üzrə keçirilən beynəlxalq müsabiqə-festival üçün www.video-rus.ru saytına iştirakçılar öz video-yazılarını göndərirlər.
Müsabiqənin məqsədi uşaqlar və gənclərin musiqi həvəsinin, istedadlı gənclərin aşkar edilməsi, müəllimlərin və yaradıcı komandanın peşəkar bacarıqlarını artırmaqdır.
R.Hüseynova bundan əvvəl də bir neçə beynəlxalq müsabiqələrin laureatı adını qazanıb.
AzərTAc