8 yaşlı azərbaycanlı beynəlxalq festivalın qalibi oldu
4.2.2015

Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin 3-cü sinif şagirdi, pianoçu Röya Hüseynova Rusiyada keçirilən musiqi alətləri üzrə beynəlxalq festivalın qalibi olub.

Röya Hüseynova fortepiano üzrə 180 iştirakçı arasında M.Klementinin 4-cü Sonatası və S.Prokofyevanın “Tale” əsərinin ifasına görə 3-cü yerə layiq görülüb.

2007-ci ildən davam edən festival-müsabiqə Ümumrusiya musiqi cəmiyyəti və Rusiya Bəstəkarlar İttifaqının nəzdində keçirilir.

R.Hüseynova bundan əvvəl də bir neçə beynəlxalq müsabiqələrin laureatı adını qazanıb.

publika.az