Mobil telefondan imtina edən tələbələrə güzəştlər tətbiq olunacaq
5.2.2015

Pensilvaniya ştat universiteti tələbələrə mobil telefondan imtina edəcəyi təqdirdə güzəşt və bonuslar təklif edib.

İki tədris binası ərazisində mobil telefonlardan imtina edən tələbələrə alış-verişdə və digər sahələrdə güzəştlər ediləcək.

Güzəşt əldə etmək üçün lazımı balı toplamaq üçün tələbə universitet ərazisində telefonu söndürməlidir. Qurğu sönülü olduğu halda, tələbə ballar qazanmağa başlayacaq. Telefon 20 dəqiqə sönülü vəziyyətdə qaldıqda tələbə 1 bal qazana biləcək.

Qazanılmış ballara isə tələbə yerli kafedə, kitab mağazasında və digər müəssisələrdə güzəştlər əldə edəcək.

publika.az