“Xoş gəl-mi-siz!”: müştəriyə 19 dil bilən robot xidmət edəcək
5.2.2015

Yaponiyada 19 dil bilən robot Neo bankda işləyəcək.

Apreldə işə başlayacaq Neo hesab açılması və pul köçürülməsi kimi əməliyyatların həyata keçirilməsində müştərilərə xidmət edəcək.

Robotun işləyəcəyi yer isə Yaponiyanın ən böyük bankı olan “Mitsubishi UFJ Financial Group”un hələlik yalnız bir məntəqəsidir. Robotun işi hələlik sınaq məqsədi daşıyır. Neonun işi uğurlu alınarsa, bankın digər məntəqələrində də bu robotlardan istifadə olunacaq.

Fransa istehsalı olan Neonun hündürlüyü 58 santimetr, çəkisi isə 5 kiloqramdır. Robotun istehsalına 2006-cı ildə başlanılıb.

publika.az