Azərbaycanlıların sevimlisi - “Lada Priora”
4.2.2015

“AvtoVaz” 51,7 min avtomobil ixrac edib.

2014-cü ildə xarici avtomobil bazarlarında ən çox satılan avtomobil sedan“Lada Priora” olub.

Bu barədə “AvtoVaz”ın mətbuat xidmətindən olan mənbə “Avtostat” agentliyinə bildirib.

Bu modelin ən yüksək satış göstəriciləri Qazaxıstanda müşahidə edilib.

Avtomobil Azərbaycan, Belarus, Ukrayna və Misirdə populyardır. “Lada Priora”-dan başqa xaricdə Lada 4x4, Granta, Kalina və Largus-a da tələbat böyükdür.

2014-cü ildə “AvtoVaz” 51,7 min avtomobil ixrac edib, bu isə 2013-cü ilin göstəricisindən 34% azdır. İxracın azalması Ukraynaya çatdırılmaların sayının və Qazaxıstanda satışların azalması ilə əlaqələndirilir. 2015-ci ilin məqsədi kimi şirkətin nümayəndələri ixracatın 100 min avtomobilə çatdırılmasını səsləndiriblər.

oxu.az