Müğənni Elnarə Xəlilova yeni beynəlxalq layihədə təmsil olunacaq.
“TRT Avaz” telekanalının hazırladığı layihənin məqsədi Türk dünyasının tanıdılmasıdır.
Layihə çərçivəsində “Avaz” adlı Türk dünyasının birliyini əks etdirən mahnı yazılıb. Mahnının ifası üçün hər bir Türk xalqını təmsil edən müğənni seçilib. Təşkilatçılar Azərbaycanın siması üçün Elnarəni seçiblər.
Bir neçə gündən sonra yaradıcı heyət klip çəkilişləri ilə əlaqədar Bakıya gələcək. Bakının müxtəlif tarixi məkanlarında Elnarə üçün klip lentə alınacaq. Klip və mahnı “TRT Avaz” və bütün Türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.
Gün.Az