Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında fevralın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.
Havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi axşama doğru şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 3-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz fevralın 7-si axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, fevralın 8-də meteoroloji amillərin normal sutkalıq gedişi əsasən əlverişlidir.
Gün.Az