Özcan Deniz Bakıda eşq macərasını təqdim edəcək - Video
6.2.2015

Türkiyənin tanınmış müğənni və aktyoru Özcan Denizin Bakıya gələcəyi haqda xəbər vermişdik.

Azərbaycanda kifayət qədər sevilən sənətçi fevralın 23-də rejissorluğunu etdiyi “Sevimli tehlikeli” filminin “Nizami” Kino Mərkəzində keçiriləcək qala gecəsində iştirak edəcək.

Premyerada, həmçinin filmin baş qəhrəmanları Şükrü Özyıldız və Ayça Ayşin Turan da iştirak edəcək.

Özcan Denizin romantik komediya janrında çəkdiyi bu filmdə baş qəhrəman Edirnedə bir qızı beşikdəykən qaçırır. Ailənin bu üzdən çəkdiyi kədər sonsuzdur. Aradan uzun illər keçdikdən sonra vicdan əzabından az da olsa qurtulmaq üçün Zarok, qızı yenidən qaçırıb gerçək ailəsinə qaytarmaq qərarına gəlir. Bu yolda onu eşq dolu macəralar gözləməkdədir...

Özcan Deniz bu filmində də sevgi, romantizm və dram elementlərini önə çəkib.

Film “Avşar film” və “DNZ film”in ortaq işidir.

Premyeradan sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.
Video

gun.az