NASA Ayın qaranlıq hissəsinin görüntülərini yayıb
9.2.2015

ABŞ-ın kosmik agentliyi – NASA Ayın Yerdən görünməyən hissəsinin videosunu təqdim edib.

NASA mütəxəssisləri videonun hazırlanmasında Lunar Reconnaissance Orbiter planetlərarası stansiyanın çəkilişlərindən və kompyuter qrafikasından istifadə ediblər.

NASA-nın veb-səhifəsində yerləşdirilən videoda bildirilir ki, Ayın qaranlıq hissəsinin səthi bir qədər fərqlidir. Yerin peykinin görünən tərəfindən fərqli olaraq burada Maria adlanan qara böyük ləkələr yoxdur. Bu hissədə istənilən ölçüdə kraterlər var.

Gün.Az