Fevralın 8-də Bakıdakı “Retro” Avto Klubda antik avtomobillərin sərgisi keçirilib. 15-dək maşının nümayiş etdirildiyi sərgidə, həmçinin antik əşyalar da tamaşaçılara təqdim olunub.
Klubun təsisçisi Elşən İsmayılov təşkilatın 80-dək üzvü olduğunu söyləyib, sərginin əhəmiyyətindən danışıb.
Bildirilib
ki, 2003-cü ildən fəaliyyət göstərən klub ümummilli lider Heydər
Əliyevin yubileyinə, Böyük Vətən müharibəsində həlak olanların
xatirəsinə, 28 May-Respublika Gününə həsr olunan yürüşlər təşkil edib.
Həmçinin Azərbaycan Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə antik
avtomobillərin Qubaya yürüşü keçirilib.
E.İsmayılov diqqətə
çatdırıb ki, “Retro” Avto Klubu Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyində antik muzey kimi qeydiyyatdan keçib. Buradakı ən qədim
avtomobil 1936-cı ildə ABŞ-da istehsal olunan “Buck” markalı maşındır.
Klubun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Kluba
xarici turistlərin cəlb olunmasını istəyirik. Məqsədimiz əcnəbi
qonaqları burada yaradılan şəraitlə tanış etməkdir.
Klubda antik avtomobillərin satışının təşkil edildiyi bildirilib.
Paytaxt sakinləri tərəfindən maraqla qarşılanan sərginin bundan sonra hər həftənin bazar günü keçirilməsi nəzərdə tutulur.
Oxu.az