Dünya tarixinin dahi və
unudulmaz şəxslərindən biri, Fransa imperatoru Lui Napoleon Bonoparta
məxsus olmuş villalardan biri satışa çıxarılıb.
İtaliyanın Pyemon vilayətində
yerləşən 74 otaqlı "Villa La Voglina"nın ilkin satış qiyməti 5,79 milyon
dollardır. Barokko stilində olan villa 18-ci əsrdə tanınmış memar
Filippo Huvarranın layihəsi əsasında inşa olunmuşdu.
60 hektarlıq bağa malik villanın 13 yataq otağı, 9 vanna otağı, kitabxanaları və kiçik kilsəsi də var.
Lui Napoleon Bonapart 1800-cü ildə Marenqoda avstriyalarla döüşəndə bu villanı qərargah etmişdi.
Maraqlıdır
ki, villa Londonun Belqraviya səmtində "Beauchamp Estates" rieltor
agentliyinin satışa çıxardığı 2 otaqlı mənzil qiymətindədir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.













Milli.az