Misir Mədəniyyət Nazirliyinin Milli Tərcümə Mərkəzi tərəfindən Qahirədə “Dünya ədəbiyyatı seriyasından” yazıçı Vaqif Sultanlının “İnsan dənizi” romanını kütləvi tirajla nəşr edilib.
Kitabı orijinaldan ərəb dilinə tanınmış ədəbiyyatşünas, Azərbaycanla bağlı bir çox araşdırmaların müəllifi, Misir Mədəniyyət Mərkəzinin rəhbəri Dr. Əhməd Sami çevirib.
Nəfis şəkildə nəşr olunan kitabın sonunda Vaqif Sultanlının geniş bioqrafiyası və tərcüməçi haqqında məlumat verilib.
Qeyd edək ki, müəllifin bədii yaradıcılığında xüsusi yer tutan, real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınıb, hadisələrin ötən əsrin səksəninci illərində cərəyan etdiyi romanda ölüm cəzasından xilas olaraq yad bir şəhərdə gizli ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin əxlaqına və mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapıb.
Dünyanın bir sıra dillərinə tərcümə olunan “İnsan dənizi” romanı bu il yanvarın 28-dən fevralın 12-dək Qahirədə keçirilən 46-cı Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilib.
gun.az