Türkiyənin əfsanəvi müğənnisi vəfat etdi
9.2.2015

Türk sənət musiqisinin əfsanəvi ifaçısı Müzeyyen Senar 97 yaşında dünyasını dəyişib.
Bir müddət əvvəl xəstəxanada müalicə almağa başlayan sənətçi bu gün səhər saatlarında ağciyər iltihabı səbəbilə dünyasını dəyişib. Müğənninin qızı onun son günlər vəziyyətinin ağırlaşdığını deyib.

Qeyd edək ki, M. Senar Atatürkün ən çox sevdiyi ifaçılardan olub.

Gün.Az