Azərbaycan Beynəlxalq Müsəlman kinosu festivalında təmsil olunacaqdır
6.9.2011

Sentyabrın 6-dan 11-dək Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində VII Beynəlxalq Müsəlman kinosu festivalı keçiriləcəkdir.
Rusiya kütləvi informasiya vasitələrinə istinadən verilən xəbərə görə, festivalda rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi ilə yanaşı, Novruz Hikmətin “Mənim atam”, həmçinin “Azərbaycan kinosu 1000 saniyənin astanasında” layihəsindən olan 10 filmimiz də nümayiş olunacaqdır.