Pəhləvanlarımız Rusiyada iki medal qazandı
10.2.2015

Güləşçilərimiz Moskvadan 1 qızıl və 1 bürünc medalla qayıdıb.
Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu Boris Qureviçin xatirəsinə həsr olunmuş güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 1 qızıl və 1 bürünc medal qazanıb.

42 kq çəki dərəcəsində mübarizə aparan Elşad Məmmədov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. 69 kq-da yarışan Ülvi Qənizadə isə, fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb və bürünc medal qazanıb.

Zaur Nuriyev (46 kq) və Camal Feyziyev (100 kq) isə həlledici görüşdə uduzaraq turniri 5-ci sırada tamamlayıb.

Gün.Az