Ankaranın Esenboğa hava limanında təlim uçuşu çərçivəsində Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Boeing 787 Dreamliner” sərnişin təyyarəsinin texniki nümayişi baş tutub.
Ölkəmizin Türkiyədəki səfirliyindən verilən məlumata görə, təyyarənin nümayişi zamanı türk biznes dairələri, KİV təmsilçiləri, Esenboğa hava limanının nümayəndələri, habelə AZAL-ın Ankara şəhəri üzrə nümayəndəsi və səfirliyinin əməkdaşları iştirak ediblər.
Tədbir zamanı təyyarəyə baxış keçirilib və səfir Faiq Bağırov KİV nümayəndələrinə müsahibə verib.
Gün.Az