İngiltərədə gənci bir gündə iki dəfə ildırım vursa da, o sağ qalıb. 19 yaşlı Mett Uilks özünü pis hiss etmir. Mett Uilks Uayt adasındakı çəmənliklərdən birində olanda başında çətir-papaq vardı.
Kiçik çətir formasında olan bu papağı Mett "eBay" hərracından 3 funt-sterlinqə satın almışdı.
Qasırğa qopub, ildırımlar çaxıb. Və Metti iki dəfə ildırım vurub.
Rayd şəhərində yaşayan Mettin dediyinə görə, onu ölümdən papağı qurtarıb.
"Yəqin, başımda bu papaq olmasaydı, ildırımlar məni öldürərdi", - Uilks deyib.
Milli.Az