Beyons hər kəsi belə heyran etdi – Video
12.2.2015

Fevralın 8-də Los-Ancelesdə keçirilən 57-ci "Qremmi" mükafatlandırma mərasimi bir çox dünya ulduzunun performansı ilə yadda qaldı.
Beyons - "Qremmi" mükafatlandırma mərasimlərinin əsas qonaqlarından biridir və əgər mərasimdəki performanslara görə mükafat verilsəydi, şübhəsiz ki, o, bütün rəqiblərini üstələyərək birinci olardı.

Ötən həftə mükafatlandırma mərasimində "Take My Hand, Precious Lord" himnini oxumaqla Beyons yenə də ürəkləri fəth etdi.

"Selma" filminin saundtreklərindən olan mahnı Areta Freklin, ELvis Presli, Ninu Simon, Bi Bi Kinq, Qledis Nayt kimi məşhur ifaçılar repertuarında yer alıb. Bəs bu möhtəşəm performansa Beyons necə hazırlaşıb? Videonu izləyin!
Video 1
Video 2

gun.az