Fransada 100 metrlik şarf toxudular - VİDEO
12.2.2015

Fransa və Paris dedikdə ağıla ilk olaraq romantika və sevgi-məhəbbət gəlir. Amma fransızlar bu dəfə öz əl qabiliyyətləri ilə gündəmə gəliblər. Paytaxt Parisdə onlarla qadın toxuduqları uzun şarfla xəbər başlığına çevrilib.

Yerli xeyriyyə təşkilatlarından birinə dəstək məqsədilə xeyli sayda qadan şəhərdəki mərkəzlərdən birinə toplaşaraq 100 metr uzunluğunda şarf toxumağa başlayıb. Bunun üçün əraziyə külli miqdarda, al-əlvan yumaq toplanıb. Çox keçmədən şarf toxuyan qadınların sırasına yeniləri əlavə olunub.

Ölkənin müxtəlif şəhərlərindən də paltar toxuya bilən qadınlar parisə gəlib. 100 metr uzunluğunda şarf toxuyan qadınlar bununla 10 min avro toplamağa da müvəffəq olublar. Həmin pullar yerli xeyriyyə təşkılatına təhvil verilib. Futbol meydançası uzunluğunda olan şarf da həmin təşkilata hədiyyə edilib.
Video

day.az