Conni Deppin gizli keçirdiyi toyundan şəkilləri yayıldı - Foto
12.2.2015

Bir neçə gün öncə gizli şəkildə evlənən aktyor Conni Depplə aktrisa sevgilisi Amber Hörd Baham adalarında toy mərasimi keçiriblər.
Toy mərasimini paparassilər uzaqdan, helikopter vasitəsilə lentə ala biliblər.

Conni Deppin ağ kostyum geyindiyi görünüb.

Maraqlısı isə odur ki, 51 yaşlı aktyorun sağdışı öz oğlu olub. Conninin keçmiş sevgilisi Vanessa Paradisdən olan 12 yaşlı oğlu Cek atasının xoşbəxtliyini bölüşüb.

Bir çox ulduzun da iştirak etdiyi toy mərasimi daha sonra Conni Deppin Baham adalarındakı evində davam edib.