Çoxdan qalıb satılmayan, açıq səma altında sadəcə paslanan milyonlarla
maşının təkrar istehsalı 2009-cü ildə öz zirvəsinə çatıb. Lakin bu
problem hələ də həll olunmamış qalıb.
Bu foto İngiltərənin Kent qraflığında
Port-Şernessdə çəkilib. Dünyada mövcud olan satılmayan avtomobillərin
parkı... Dünyada satılmamış, hərəkətsiz avtomobillərə dair belə kədərli
mənzərələr xeyli çoxdur.
İnsanlar avtomobillərini o qədər də tez-tez
dəyişə bilmir. Siz tez-tez maşın dəyişməsi ilə öyünə bilən nə qədər ailə
tanıyırsınız? Lakin hər il milyonlarla təzə və gözəl maşın heç kimə
lazım olmadığından “ölür”.

Baltimordakı bu “əbədi” dayanacaqda 57000
təzə və atılmış avtomobil dayanıb. Avtomobillərin diler salonlarından
bura yeni-yeni avtomobillər gətirilir. Amma bu maşınları dayanacaqlara
qoyduqdan sonra onların çoxu heç kimə lazım olmur və beləcə burada
qalırlar.

Avtomobil sənayesi yeni maşınlar buraxmağı
sadəcə olaraq dayandıra bilməz. Bu, minlərlə əməkdaşın və onlarla
zavodun bağlanması demək olardı. Bundan başqa, domino effekti ilə bunun
metallurgiya sənayesi üçün ağır nəticələri olacaq.

Nə vaxt ki təklif tələbatı üstələyir,
profisit yaranır. Hətta resessiya da ondan xilas etmir, çünki orta
statistik ailə hər il yeni avtomobil almaq iqtidarında deyil ki,
köhnələr əvəz edilsin.

Avropadan idxal olunan avtomobillərin
satılmayan hissəsinin kədərli aqibəti budur. Yetim qalmış kimi paslanmaq
üçün növbəyə durublar...
Son vaxtlar xeyli “alırıq-istifadə edirik”
silsiləsi pozulub. İnsanların əksəriyyəti daha çox istifadə edilmiş
maşınları almağa üstünlük verir, nəinki təzələri almağa.
Dünyanın müxtəlif ölkələrində satılmamış və
heç vaxt da satılmayacaq avtomobillərin artıq qəbiristanlığa çevrilmiş
açıq meydançaları var.

Bu şəkildə gördüyünüz bütün boz seqmentlər istifadəsiz avtomobillərlə doludur.

Budur, daha bir sahibsiz maşın “yatağı”.
Məntiqi sual yaranır: niyə onların heç olmasa emal üçün göndərilmir və
ya ehtiyacı olan vermirlər?

Bəlkə avtomobil istehsalçıları onların
ehtiyat hissələrindən istifadə etmək haqda düşünələr? Ya onlar bu
maşınları satmağa hələ də ümid edirlər?

Nahaq yerə zay olan bu avtomobillərin
görkəmi sizi xüsusilə məyus edə bilər. Əgər siz onların yanından
keçərsinizsə, orada öz əvvəlki köhnə maşınınızın təzələrini
görəcəksiniz.

Maşın daha uzun müddət istifadəsiz qalanda
yağ durulducu çənin dibinə enir, sonra isə onun töküldüyü mühərrikin
daxili hissələrini korroziya yeməyə başlayır (fins.az).

Oxu.az