Günün ulduz falı
16.4.2012

Qoç - Kifayət qədər uğursuz gündür. Prinsipial yeni nəsə istəsəniz də, bunu harada tapmağın lazım olduğunu təxmin edə bilmirsiniz. Hansısa dəyişiklik təşəbbüsləri uğursuzluqla nəticələnəcək.

Ünsiyyət baxımından oldunca çətin gündür. Əgər sizə elə gəlirsə ki, kimsə sizi ağzınızı açan kimi başa düşür, ehtiyatlı olun: çox güman ki, həmin adam pis nəsə fikirləşir. Günün ikinci yarısında güclü baş ağrıları mümkündür.

Buğa - İntuisiyanıza etibar etməklə uğursuzluqlardan yayına bilərsiniz. Bu gün intuisiyanız sizi yanıltmayacaq. Peşə məsələlərinin rəhbərliyin düşündünyündən də asan həlli var. Öz bildiyiniz kimi hərəkət edin və hər başa düşəcək ki, siz haqlı idiniz. Gəlir mümkündür. Bəzi hallarda bu gəlir gözlədiyinizdən artıq olacaq.

Ovqatınız pis olmayacaq. Amma bəzən kefiniz pozulacaq. Bu gün sizi daha çox başqalarının axmaqlığı, qeyri-səmimilik, ləyaqətsizlik hirsləndirəcək. Ədalət uğrunda mübarizə aparmaq istəsəniz də, bunun faydasız olduğunu özünüz də anlayacaqsınız.

Əkizlər - Bu gün çoxlu yaxşı şey vəd edir. Daha çox şeyə yetişmək üçün tələsin. Əgər tənğəllik etsəniz, çox az uğurla kifayətlənməli olacaqsınız. İş görüşləri, o cümlədən, işə qəbulla bağlı müsahibələr çox yaxşı keçəcək. Hətta, istəyinə uyğun iş tapmaqdan əlini üzən Əkizlər də maraqlı təkliflər alacaqlar.

Yaxınlarınızla münasibətlər yoluna düşəcək. Əkizlər nəinki incikliklərdən yayına biləcək, həm də çoxdan yaranmış hansısa problemlərin həllinə nail olacaqlar. Başqa şəhərlərdə yaşayan uzaq qohumlar və dotslarınızda xoş xəbərlər almağınız mümkündür.

Xərçəng - Sizi çətin gün gözləyir. Çoxunun düşündüyünüzdən də müşkül olduğu bir sıra çətin probelmləri həll etməli olacaqsınız. Əvvəllərdən buraxdığınız səhvlərdən düzgün nəticə çıxarıb-çıxarmamağınızdan çox şey asılıdır. Tale sizə nə vxatsa vaz keçdiyniz fikirləri reallaşdırmaq üçün ikinci şans verir.

Şəxsi həyatınızda yaranmış vəziyyətdən baş çıxarmaq çətindir. Çünki bu vəziyyət birmənalı deyil. Təxribata tez uyur, inanmaq istədiyiniz şeylərə inanır, ona görə də daha çox dolaşığa düşürsünüz. Sevdiyiniz adamla ciddi münaqişə ehtimalı böyükdür.

Şir - Çox maraqlı, məhsuldar və uğurlu gündür. Məşğul olunası çox iş var və lazım olan hər şeyin öhdəsindən gəlmək gücündəsiniz. Uğurlu bazarlıqlar mümkündür. İşdə sizi liderlik keyfiyyətləriniz üzə çıxacaq və bu səbəbdən yeni təkliflər ala bilərsiniz.

Hər kəs, o cümlədən, əks cinsin cazibəniz qarşısında dayanmaq gücündə olmayan nümayəndələri sizə can atırlar. Siz xüsusi rəğbət bəslədiyiniz adamı seçə bilərsiniz. Bu məsələdə intuisiyanız sizi yanıltmayacaq.

Qız - Yeni başlanğıclarda ehtiyatlı olun. Bu gün daha çox əvvəllər başladığınız işləri yekunlaşdırmaq üçün münasibdir. Hansısa köhnə tanışlarınız, əvvəlki iş yerinizdən olan həmkarlarınız özlərini xatırlada bilərlər. Əgər köhnə iş əlaqələrini, sönmüş romantik münasibətləri bərpa etmək istəyirsinizsə, hərəkətə keçin: gün bunun üçün əlverişlidir.

Amma gələcək üçün planlar qurmağa çox aludə olmayın. Sizə lazımlı və asan əldə edilən kimi görünən şeylər əslində belə deyil. Hədər yerə güc və vaxt sərf etmək ehtimalı böyükdür.

Tərəzi - Bu gün çox şeyə daha asanlıqla nail olacaqsınız. İxtiraçılıq qabiliyyəti və yaradıcı yanaşma tələb edən işlərdə əla nəticələr əldə edəcəksiniz. Amma hər şeydən əvvəl səliqə və ehtiyatın lazım olduğu yerlərdə uğursuzluqla qarşılaşacaqsınız. Bu gün liderlik keyfiyyətlərinin nümayiş etdirilməsi üçün çox münasibdir.

Həyat potensialı yüksəkdir. Yaşam gücünüz və enerjinizin nə qədər böyük olduğuna özünüz də təəccüblənəcəksiniz. Dağları yerindən oynatmaq da lazım gəlsə, bunun öhdəsindən gələcəksiniz.

Əqrəb - Sizə səbr lazımdır. Bu gün ümid və planlarla doludur. Amma onların həyata keçməsi üçün bir qədər vaxt lazımdır. Özünüzü işə girişməyə məcbur etmək çətindir. Bu, təcili həllini tələb edən peşə problemləri ortaya çıxdıqda xoşagəlməz nəticələr verə bilər.

Yaxınlarınızla yaxşı yola gedəcəksiniz. Amma bütün sirlərinizi onlarla bölüşməyə hələ tapm hazır deyilsiniz. Unutmayın ki, uzaq səfərlərə səhər saatlarında yollanmaq məsləhət dyil. Bunun üçün ən yaxşı vaxt günortadan sonradır.

Oxatan - Hər şey yaxşı gedir. Amma çox yavaş. Hadisələrin daha sürətlə cərəyan etməsini istəsəniz də, buna nail ola bilməyəcəksiniz. Günün əvvəli yaradıcılıq fəaliyyəti üçün münasibdir. Sizin ideyalarınız son dərəcə yaxşıdır. Amma onları layiqincə qiymətləndirməyi hamı bacarmır. Günün ikinci yarısında hesab işlərində səhvlər, maddi itkilər mümkündür.

Maraqlı tanışıqlıqlar üçün xeyli imkanınız olacaq. Amma intuisiyanız ciddi münasibətlərin başlayacağına bel bağlamamağı məsləhət görür və yanılmır.

Oğlaq - Hansısa nəticəyə nail olmaq üçün maksimum səy göstərmək lazım gələcək. Bir az zəiflik kifayətdir ki, uğursuzluqlar üzərinizə gəlsin. Alın təri ilə işləməli olacaqsınız. İş mühitində ciddi münaqişələ mümkündür.

Təəssüf ki, ehtiyacınız olan dəstəyi yaxınlarınızdan ala bilməyəcəksiniz. Günün sonunda bir qədər istirahət etmək üçün özünüzlə baş-başa qalmaq istəyəcəksiniz.

Dolça - Bəxtiniz gətirir. Hadisələr gözlənilmədən uğurlu inkişaf edəcək və siz bundan yararlanmaq imkanını əldən verməyəcəksiniz. İşdə uğur qazanmaq ehtimalı böyüdür. Yeni iş tanışlıqları şansı yaranacaq.

Günün ikinci yarısında sizin üçün dəyərli insandan vacib və xoş xəbər alacaqsınız. Günortadan sonra valideynləriniz və övladlarınızla ünsiyyət üçün münasib vaxtdır.

Balıqlar - Bu günü xüsusilə çox şey vəd edən adlandırmaq olmaz. Həyat tonusu yüksək deyil. İşləriniz bir qədər az olsaydı, sevinərdiniz. Amma işlər çoxdur və onların hamısı diqqət tələb edir. Çətin ki, axşama qədər istirahətə, gücünü bərpa etməyə vaxtınız ola.

Həmkarlarınız və dotslarınızla ünsiyyətdə problemlər mümkündür. Ətrafdakıların sizdən nə istədiyini heçcür anlaya bilmirsiniz. Günün ikinci yarısında nəsə aydınlaşacaq. Amma bu sizin üçün kifayət deyil. Hədiyyə və sürprizlər mümkündür.

Milli.Az