Soyuqda donan iti görən kişinin gözyaşardıcı hərəkəti... - FOTOLAR
16.2.2015

Bəzi insanlar düşünürlər ki, əgər heyvanın sıx, tüklü dərisi varsa onun donmağı üçün narahat olmağa dəyməz. Amma bu, heç də belə deyil. Əslində itlər, xüsusilə də ev itləri şaxtaya dözümlü olmurlar.

Bu əhvalat öz yolu ilə işinə gedən, yolda itin soyuqdan əsdiyini görən kişi haqqındadır. Baxanda heyvanın donduğu bəlli idi. Onu poçt şöbəsinin yanında sütuna bağlayıb getmişdilər, onun qaçma şansı yox idi. Yəqin ki, itin sahibi onu sütuna bağlayaraq poçta daxil olub, amma həmin gün havanın temperaturunun -18 dərəcədən aşağı olduğunu unudub. Görünüşə baxılırsa sahib gecikirdi, it isə donurdu...

Zavallı heyvanı görən bu insanın etdiyi hərəkət heyrətamizdir. O, diz üstə oturaraq iti qucaqlayıb, isitməyə çalışıb. O, itin sahibi gələnə qədər belə oturub. İnsanın ona vaxtında yardıma gəlməməsinin nəticələrini düşünmək belə qorxuludur.

Diqqətli olun, öz heyvanlarınızı şaxtada qoymayın. Bundan başqa, narahatlıq doğuracaq əlamətlər: titrəmə, zəif nəbz, heyvanın yardıma çağırması, soyuq qulaqlar və ətraflar. Soyuq yalnız xəstəliklə deyil, ölümlə də nəticələnə bilər.

Hər birimiz himayəmizdə olan heyvana görə cavabdehik, ona görə də onları şaxtada köməksiz qoymamaqla yanaşı, küçədə donan heyvanlara qarşı da biganə olmayaq.

Oxu.az