Finlandiyada keçiriləcək beynəlxalq tədbirdə Azərbaycan da təmsil olunacaq
6.9.2011

Sentyabrın 18-dən 20-dək Finlandiyanın Turku şəhərində “Skal-İnternational” Beynəlxalq turizm təşkilatının 72-ci konqresi keçiriləcək. Tədbirdə Azərbaycanı beynəlxalq təşkilatın yerli təmsilçisi “Skal Bakı” klubu təmsil edəcək. “Skal Bakı”dan bildirmişlər ki, qurum dünyanın əksər ölkələrinin turizm təmsilçilərinin bir araya gəldiyi bu toplantılarda artıq üçüncü dəfədir təmsil olunur.
Bildirilmişdir ki, Finlandiyaya aparılacaq reklam-çap məhsulları arasında 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsinə və bu istiqamətdə görülən işlərə dair məlumatlar da yer alacaq.