Elnarə “Centlimen" adlı klipini təqdim etdİ (Klip)
16.4.2012

Populyar müğənni Elnarə Xəlilova yeni klipinin təqdimatını keçirib

«Centlmen» klipi Türkiyədə lentə alınıb. Elnarə Xəlilova çəkilişlərə öz cibindən nə az, nə çox - düz 71 000 avro xərclədiyini bildirib. Bu, yerli müğənnilər üçün rekorddur. Bunadək ən bahalı klip xalq artisti Aygün Kazımovanın «Düşün məni» mahnısına çəkdirdiyi klip idi. Klip, A.Kazımovaya 70 000 avroya başa gəlmişdi.

«Klipin çəkilişlərində Türkiyənin Tarkan, Mustafa Sandal, Sibel Can və sair ulduzlarla işləyən ən yaxşı klipmeyker və musiqiçiləri iştirak ediblər», - deyə Elnarə Xəlilova bildirib.

Mahnının türk dilində ifa olunduğu klipdə Elnarə yeni imicdədir.

Yeni klip yerli telekanallarla yanaşı, TRT Avaz, TRT Musik, Kral, TMB və sair telekanallarda da yayımlanacaq.

KLİP