Ərəb şeyxlərinin quşlarının da hospitalı var - FOTOLAR
16.2.2015

İntensiv terapiya bölməsi, kondisionerli palatalar, karantin şöbəsi, istirahət və relaks yerləri. Bura dünyanın ilk və hələlik yeganə şahin hospitalıdır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərindəki "Abu Dhabi Falcon Hospital"da müalicə-reabilitasiya kursu keçən şahinlərin ən ucuzu 1 milyon dollardır.

Burada hər il 9 minə yaxın şahin müalicə olunur.

Hospitalda şahinlərin nəsilartırma bölməsi, rentgen və oftalmologiya şöbələri də var.

Birləşmiş Ərəb Əmirliklərindəki zənginlər arasında şahinlə ov çox populyardır.



Milli.Az