Tələbələr üçün yeni bilik yarışması keçiriləcək
17.2.2015

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Universitetinin dəstəyi ilə tələbələr arasında “Birinci Biznes İdarəetmə Bilikləri Olimpiadası” keçiriləcək.

ATGTİ-dən bildiriblər ki, bu bilik yarışmasında ixtisasından asılı olmayaraq, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak edə bilər.

Olimpiadada iştirak etmək istəyənlər ATGTİ-nin rəsmi saytında (http://asyou.az/index.php?aze/news/407) qeydiyyatdan keçməlidirlər. Qeydiyyat fevralın 28-də başa çatacaq.

Olimpiadanın qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

azertag.az