Braziliyada karnaval başlayıb
17.2.2015

Hər il Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən məşhur karnaval başlayıb.

Ənənəyə görə, Momo adlı “Karnaval kralı” şəhər merindən simvolik açarları alıb. Mer şəhər açarını təqdim edərkən deyib: “Hamı şənlənsin!”

Braziliyada bu il keçirilən karnaval Rio-de-Janeyronun 450 illiyinə həsr edilib. Karnaval bir həftə keçiriləcək və bu çərçivədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

publika.az