Bakıda Heydər Əliyev prospektinin köməkçi yollarından biri, Heydər Əliyev Mərkəzindən metronun "Koroğlu" stansiyası istiqamətindəki kənar yoldan “Bağırov körpüsü”nün altındakı tunelə giriş bağlanacaq.
"Azəryolservis"-dən verilən məlumata görə, tunelə giriş fevralın 18-i saat 9:00-dan etibarən bağlanacaq. Tuneldə aparılacaq təmir işləri 2 günə yekunlaşacaq.
publika.az