Leninə yeni kostyum geyindirəcəklər
17.2.2015

Kostyumun dəyişdirilməsi bir neçə il ərzində bir dəfə baş verir.

Mavzoleydə Vladimir Leninin cəsədinə yeni kostyum geyindirəcəklər.

Bu və digər mütəmadi prosedurları yerinə yetirmək üçün mavzoley fevralın 16-dan aprelin 16-dək bağlı olacaq.

V.Lenini biokimya mütəxəssisləri geyindirəcəklər. Kostyumun dəyişdirilməsi bir neçə il ərzində bir dəfə baş verir.

Qeyd edək ki, “proletariatın rəhbəri” V.Leninin cəsədi 1924-cü il yanvarın 21-də mumiyalanıb.

oxu.az