Fevralın 26-da Nizami Kino Mərkəzində Xocalı soyqırımının iyirmi üçüncü ildönümünə həsr olunmuş kino axşamı keçiriləcək.
Kino xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasının ekranlaşdırılmış filmlər nümayiş olunacaq.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, kino axşamında Azərbaycanın torpaqları uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunmuş, rejissor Şamil Nəcəfzadənin “Müharibə uşaqları” və Azərbaycanın Milli Qəhrəmanı Hikmət Nəzərliyə həsr olunmuş, rejissor Könül Kərimovanın “Biz qayıdacağıq” sənədli filmləri ilk dəfə nümayiş etdiriləcək.
AzərTAc