Martın 9-da R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri, Şirvan aşıq mühitinin yetirməsi, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti kafedrasının müdiri Əhliman Rəhimovun 60 illik yubileyi qeyd olunacaq.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Görkəmli sənət adamlarının, elm və ədəbiyyat xadimlərinin, çalışdığı universitetdəki həmkarlarının da qatılacağı tədbirdə ustad aşığın sənət dostları, tələbələri çıxış edəcək, sözlərinə bəstələnmiş mahnılar səsləndiriləcək.
AzərTAc