İki ekran əsərinin çəkilişlərinə başlanacaq
17.2.2015

Cari ilin birinci yarısı üçün iki ekran əsərinin - “Xeyir ilə Şərin rəqsi” bədii filminin və “Motivlər 2” kinoalmanaxının çəkilişləri nəzərdə tutulub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən, çəkilişləri fevralın sonlarına başlayacaq “Xeyir ilə Şərin rəqsi” bədii filminin rejissoru Y.Rzayev, ssenari müəllifləri Xalq Yazıçısı Çingiz Abdullayev və Yavər Rzayevdir.

“Motivlər 2” kinoalmanaxında isə 5 qısametrajlı filmin çəkilişi nəzərdə tutulur. Bu sıradan rejissor Amil Məmiyevin “Qara bağ” filminin çəkilişləri yekunlaşmaq üzrədir. Almanaxın ikinci kinolentinin - rejissor Emin Əfəndiyevin “Eşqin sonsuz nəğməsi” adlı filmin çəkilişlərinə yaxın günlərdə start veriləcək. “Motivlər 2” kinoalmanaxının qalan 3 filmi isə yay aylarında istehsalata buraxılacaq.

AzərTAc