"Çelsi"nin 8 yaşlı ulduzu - VİDEO
17.2.2015

Premyer Liqa komandalarından "Çelsi"nin 8 yaşındakı istedadlı oyunçusu hər kəsi heyrətləndirib.

Denim Nnamudi adlı balaca, topla etdiyi hərəkətlərlə izləyənləri özünə heyran buraxır.

İngiltərə Premier Liqa klubunun futbolçusu göstərdiyi şousu ilə gələcəyin ulduzu olacağı siqnalını verib.

8 yaşlı Denim Nnamudi ulduz olmağa namizəd olduğunu öz qabiliyyəti ilə sübut edir. Kiçik ulduzun bir-birindən estetik hərəkətlərindən ibarət video indidən paylaşma rekordları qırır və bütün dünya onun haqqında danışmağa başlayıb.

VİDEO

ANS PRESS