Kolumbiyalı qadın adını və soyadını əlifbanın bütün hərflərinə dəyişdi - FOTO
18.2.2015

Kolumbiyanın paytaxtı Boqota şəhərində müəllimə adını və soyadını ingilis əlifbasındakı hərflərə dəyişib. İndi 36 yaşlı qadının yeni ad və soyadı belədir: Abcdefg Hijklmn Opqrst Uvwxyz.

O, adını dəyişmək üçün məmurlarla mübarizəyə iki il vaxt sərf edib. Qadın etiraf edib ki, həmişə çətin tələffüz edilən adının olmasını arzulayıb.

Müəllimənin əvvəlki adı Ledizunqa Kiborq olub.

Oxu.az