Tanınmış bəstəkar-müğənni Emin Ağalarov sosial şəbəkədə yeni foto paylaşıb.
İfaçı “Instagram” hesabında ona bağışlanan bahalı hədiyyənin şəklini izləyiciləri ilə bölüşüb.
E.Ağalarov bu barədə belə yazıb:
“Dostum İtalo Fontana mənə inanılmaz U-boat saatı hədiyyə etdi. Onlardan dünyada cəmi 50 dənədir”.
publika.az