İstanbul-Bakı reysi təxirə salındı
18.2.2015

Qarlı hava şəraiti ilə əlaqədar olaraq İstanbuldan Bakıya olan təyyarə reysi təxirə salınıb.

Bu barədə Türk Hava Yollarının Bakı ofisindən məlumat verilib.

TK 333 reysi Türkiyədəki hava şəraiti ilə əlaqədar olaraq ləğv edilib. Həmin təyyarə hava limanına 14:20-də enməli idi. İstanbuldan Bakıda növbəti uçuş bu gün 20:35-də olacaq. Hava Yollarından bildirilib ki, həmin uçuş vaxtında həyata keçiriləcək.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli Publika.az-a açıqlamasında uçuşların qrafikində hər hansı dəyişikliyin olmadığını, hava şəraitinin “AZAL”a məxsus təyyarələrin uçuşuna təsir etmədiyini deyib.

publika.az