8 gün sonra "Eurovision - 2015" - ə bilet satışı başa çatacaq
19.2.2015

Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsi biletlərinin son satış tarixi müəyyənləşib.  Yarışmanı seyr etmək istəyənlər fevralın 27-dək biletləri əldə etməlidir.

Xatırladaq ki, “Eurovision-2015”-in biletləri 2014-cü ilin dekabr və bu ilin yanvar aylarında satışa çıxarılıb.

Qeyd edək ki, “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.