Azərbaycan Dövlət Musiqili Teatrının mart repertuarı maraqlı tamaşalarla zəngindir.
Martın 1-də, 6-da və 15-də teatrın səhnəsində Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri nümayiş olunacaq. Dahi bəstəkarın “Ər və arvad” musiqili komediyası isə martın 22-də təqdim edləcək.
Teatrın kollektivi martın 7-də E.Sabitoğlu və T.Vəliyevanın “Bankir adaxlı”, 8-də və 28-də F.Sücəddinov və T.Vəliyevanın “Mən dəyərəm min cavana” tamaşalarını göstərəcək.
M.Kamolettinin “Fransızsayağı qarnir” tamaşası rus dilində martın 13-də, E.Sabitoğlu, C.Məmmədovun “www.ferzeli-kef.com” tamaşası martın 14-də oynanılacaq.
Tamaşaçılar martın 21-də R.Hacıyev, E.Ocaqov, F.Zöhrabovun “Talelər qovuşanda”, 27-də Ə.Haqverdiyevin “Kimdir müqəssir”, 29-da O.Kazımi və R.Heydərin “Qızıl toy” tamaşalarına baxa bilərlər.
azertag.az