Ankarada “Anadolu günləri” festivalı çərçivəsində Azərbaycan gecəsi keçiriləcəkdir
6.9.2011

Sentyabrın 9-dan 18-dək Ankaranın Etimesqut rayonu bələdiyyəsinin təşkilatçılığı ilə “Anadolu günləri” Beynəlxalq mədəniyyət və incəsənət festivalı keçiriləcəkdir. Festival çərçivəsində türkdilli ölkələr arasında birinci olacaq sentyabrın 9-da keçiriləcək Azərbaycan gecəsində xalq mahnılarımız və milli rəqslərimiz ifa olunacaqdır.
Həmin gün festival meydanında ölkəmizin Türkiyədəki səfirliyinin hazırladığı “Azərbaycan guşəsi”ndə isə qədim adət-ənənələrimizin əks olunduğu eksponatlar nümayiş etdiriləcəkdir.
Festival çərçivəsində Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan gecələri də keçiriləcəkdir.