Adobe Photoshop 25 yaşını qeyd edir
20.2.2015

Bu dövr ərzində Photoshob 15 dəfə dəyişdirilib.

Apple Macintosh üçün proqramın Display adlı ilkin versiyasını 1987-ci ildə Miçiqan Universitetinin tələbəsi Tomas Noll hazırlayıb. 1988-ci ildə o Adobe Systems şirkəti tərəfindən alınıb.

Bu müddət ərzində qrafik redaktor 15 dəfə yenilənərək, Creative Suite tərkib hissəsinə, sonra isə Creative Cloud tərkibində servisə çevrilib.

Hal-hazırda proqram Windows və OS X platformalarında, eləcə də iOS və Android bazaları olan mobil qurğularda da istifadə edilir.

Oxu.az