Günün ulduz falı
17.4.2012

Qoç - Olduqca çətin gündür. Böyük həvəslə qurduğunuz planlar həyata keçməyəcək və bundan heç kimin günahı yoxdur. Bütün arzuların həyata keçmədiyi ilə barışmaq lazımgələcək. Amma bu o qədər də asan deyil: əhvalınız korlanacaq, ümidsizliyə qapılacaqsınız, vacib nəyisə itirdiyinizi hiss edəcəksiniz…

Sıxıntıya mağazaları gəzmək, dostlarla görüş və kübar həyatda fəal iştirakla qalib gəlmək səyləri nəticə verməyəcək. Yalnız sizi yaxşı tanıyan insanlardan biri nikbinliyinizi qaytarmağa kömək edəcək sözləri tapa bilər.

Buğa - Ünsiyyət dairəsi genişlənəcək. Gün yeni tanışlıqlar və maraqlı görüşlərlə yadda qalacaq. Əvvəllər dostluq etdiyiniz adamlar sizi görməkdən şad olacaqlar. Şəraitdən köhnə əlaqələrin bərpası üçün istifadə etmək olar. Amma sönmüş romanı yenidən canlandırmağa cəhd etməyin - bu, problemlərdən başqa heç nəyə gətirib çıxarmayacaq.

Yaxınlarınızla fikir ayrılıqları mümkündür. Lakin sonda razılığa gəlmək mümkün olacaq. Ailə biznesinə başlamaq, ümumiyyətlə, qohumlarla birlikdə istənilən planı həyata keçirmək üçün əlverişdi gündür.

Əkizlər - Bu gün fikri sizin üçün vazib olan insanlarda yaxşı təəssürat yarada bilərsiniz. Axatardığınız adamları - köməkçiləri, müttəfiqləri, dostları, pərəstişkarları tapacaqsınız. Gün təşkilati məsələlərin həlli üçün əlverişlidir.

İntuisiyanız çox güclüdür. Bu, çətinliklərə qalib gəlmək, prespektivli layihələri seçmək, birmənalı olmayan vəziyyətlərdən baş çıxarmağa kömək edəcək. Əvvəllər sizə maraqlı görünməyən sahələrə gözlənilmədən maraq göstərməyə başlayacaqsınız. Bəzi Əkizlər qeyri-adi qabiliyyətə malik olduqlarını təəccüblə üzə çıxaracaqlar.

Xərçəng - Anlaşılmazlıqlar yaranacaq. Sizi daha çox bundan sonra nəyin qaydasında getməyəcəyini müəyyənləşdirə bilməmək əsəbiləşdirəcək. Hirslənəcək, diqqətinizi cəmləşdirə bilməyəcək və səhvlər buraxacaqsınız. Bunlar isə günü qeyri-məhsuldar edəcək. Səfərlərdə çox ehtiyatlı olun. Bədbəxt hadisə ehtimalı olduqca yüksəkdir.

Çətin, eləcə də, yaradıcı yanaşma və qeyri-standart qərarlar tələb edən işlərlə məşğul olmaq məsləhət deyil. İnsanları, hətta, ən yaxınlarınızı da başa düşməkdə çətinlik çəkəcəksiniz. Bir çox vacib qərarları şəxsən, heç bir müzakirə aparmadan və məsləhət gözləmədən qəbul etməli olacaqsınız.

Şir - Bu gün özünüzün yaxşı keyfiyyətlərinizi nümayiş etdirəcək və böyük uğurlar əldə edəcəksiniz. Gün nüfuzlu şəxslərlə danışıqlar, vəzifə artımı ilə bağlı məsələlərin müzakirəsi üçün münasibdir. Maraqlı iş təklifləri mümkündür. Bəzi Şirlər şöhrət qazanmaq şansı əldə edəcəklər.

Nikbinliyiniz yaxınlarınızı sevindirir, ətrafdakılara yaxşı ovqat verirsiniz. Sizinlə yola getmək asandır. Bu gün xeyli yaxşı ideyalarınız olacaq. Romantik tanışlıqlar mümkündür. Onların davamının olub-olmayacağı özünüzdən asılıdır.

Qız - Əgər diqqəti məşğul olmaq istədiyiniz işə yönəltsəniz və emosiyaları kənara qoysanız, yaxşı nəticələr əldə edə bilərsiniz. Bu gün bunu etmək çətin olsa da, istədiyinizə nail olmağın başqa yolu yoxdur. Rəhbərliklə dil tapmaq çox çətin olacaq, fikir ayrılıqları və mübahisələr yarana bilər. Lakin sonda hamını razı salacaq qəraa gəlmək mümkün olacaq.

Yaxın adamlarla yola getmək asandır. Hiss edirsiniz ki, sizi başa düşürlər, sevirlər, dəstəkləyirlər, qiymətləndirirlər. Ailə münasibətləri daha da möhkəmlənəcək. Yeni romantik məşğuliyyət mümkündür. Ciddi münasibətlərin başlanması da istisna deyil.

Tərəzi - Olduqca əlverişli gündür. Bütün problemlər tez həll olunacaq. Yeni təkliflər almağınız, işgüzar mənzərənin genişlənməsi mümkündür. Şəxsi biznesinizə başlaya bilərsiniz. Öz ideyalarınızı elə gözəl həyata keçirəcəksiniz ki, ətrafdakıların heyranlıqdan və həsəddən başqa əlacı qalmayacaq.

Səfərlər, o cümlədən, gözlənilməz səyahətlər mümkündür. Yol romanları ani olmayacaq - əgər istəsəniz, onların davamı gələcək. Gün dostluq görüşləri, birgə istirahət üçün münasibdir.

Əqrəb - Yaxhılığa doğru dəyişikliklərin yaxınlaşdığını hiss edəcəksiniz. Çox az qalıb. Əsas məsələ bu gün hirslə hərəkət etməklə heç nəyi korlamamaqdır. Qeyri-standart, amma çox uğurlu qərarlar qəbul edəcəksiniz. Bu gün bir çox Əqrəblərin çoxdankı arzusunun həyata keçməsi ilə yadda qalacaq.

Günü keçmişin hadisələri üzərində, eləcə də gələcəklə bağlı düşüncələrə həsr etmək olar. Yaxınlarınıza bu gün verəcəyiniz məsləhətlər düz olacaq.

Oxatan - Hələ hər şey qaydasında deyil. Amma ciddi problemlərdən yavyınmaq mümkün olacaq. Diqqətli olsanız, rəqibləriniz qarşısında böyük üstünlük qazana bilərsiniz. Yeni müttəfinlər və potensial partnyorlarla əməkdaşlıq perspektivlərini müzakirə etmək olar. Hər hansı razılığa gələ bilməsəniz də, belə söhbətlər sizi maraqlı ideyalara sövq edəcək.

Bazarlıq etmək olar. Bu gün alacağınız şeyər sizə sədaqətlə xidmət edəcək. Səyahətlərə və ya rəsmi mərasimlərə hazırlıq üçün münasib gündür.

Oğlaq - Çətin olacaq. Bu gün çoxsaylı anlaşılmazlıqlarla zəngin olacaq. Amma iş bununla bitmir - sözün həqiqi mənasında ciddi problemlər gözlənilir. Onların öhdəsindən gələ bilib-bilməyəcəyiniz özünüzdən asılır. Özünüzü toplamağınız, diqqətinizi cəmləşdirməyiniz lazımdır. Əgər emosiyalara uysanız, özünüzü zülmət burulğanına sürükləyəcəksiniz.

İntellektual səylər tələb edən məşğuliyyət bu pis gündən uzaqlaşmağa kömək edə bilər. Oğlaqlar bu gün təhsil, tədqiqat və yaradıcılıq fəaliyyətində uğur əldə edə bilərlər. Tənhalıqda özünüzü daha rahat hiss edəcəksiniz, nəinki yaxınlarınızın əhatəsində.

Dolça - Dərhal nəsə arzulayın! Onun həyata keçməsini çox gözləmək lazım olmayacaq. Bu gün gözlənilməz möhtəşəm uğurlarla yadda qalacaq. Özü də bu uğurları əldə etmək üçün ciddi səy göstərməyə gərək qalmayacaq. Əsas bədxahınız üzərində həlledici qələbə mümkündür.

Yaxınlarınız sizdə dəstək gözləyəcək və onu alacaqlar. Sizin özünüzün də kömək üçün iki dəfə ağız açmağınıza ehtiyac yoxdur. Dostlarınız və qohumlarınızla yaxşı yola gedəcək, sevdiyiniz insanla dil tapa biləcəksiniz. Gözlənilməz hədiyyələr mümkündür.

Balıqlar - Bu gün təsləskənlik tələb etməyən işlərlə məşğul olmaq lazımdır. Uzun müddətdə yığılan işlərin öhdəsindən yavaş-yavaş, düşünərək və sakit şəkildə gələ biləcəksiniz. Gün başgicəlləndirici emosiyalar vəd etməsə də, hadisələr düzgün qərarlar qəbul etməyə, doğru nəticəyə gəlməyə, gələcək planlarınızı müəyyənləşdirməyə və kimin dost, kimin düşmən olduğunu dəqiqləşdirməyə imkan verəcək.

Bəzi Balıqlar ədəbiyyat sahəsində qabiliyyətlərinin olduğunu gözlənilmədən aşkarlayacaqlar. Bunu fəaliyyət sahəsini dəyişmək üçün bəhanə kimi qəbul etmək lazım deyil. Sadəcə olaraq, sizin yeni hobbiniz yaranacaq və həyat daha maraqlı olacaq.

Milli.Az